Bir vaxtlar şəhərin mərkəzi hissələrindən birində yaşayan sakinlər binaları söküləndən sonra çıxılmaz vəziyyətdə qalıblar.
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər görə, sakinlər deyirlər ki, 2017-ci ildə evləri plana düşərkən seviniblər, ancaq sevinləri çox uzun çəkməyib.
Şikayətçilərin sözlərinə görə, kirayə pulları verilmədiyinə görə, öz hesablarına şəhərətrafı qəsəbələrdə yaşamağa məcbur qalıblar.
Onlar mövcud vəziyyətlə bağlı məhkəməyə müraciət ediblər. Dediklərinə görə, məhkəmə onların xeyrinə qərar verib, amma qərar icra olunmur.
Müraciətləri isə illərdir ki, nəticəsizdir.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Bəlkə, elə bir qayda-qanun qəbul edilsin ki, evi-mülkü mənzili, həyət sahəsi digər məqsədlər üçün alınan ailə və sahib-vətəndaşlar ÖNCƏdən əvəzini (kirayə-filan yox?) və tam təzminatlarını almayınca heç bir iş, toxunuş edə bilməz, söküntü, quraşdırma işinə belə başlamaq olmaz!!! On-yüz minlərlə nizamnamə kapitalı, ya milyonları olan sahibkar bir sakinin təzminatını zamanında ödəmirsə, o Şəxs və MMC yə kim inanar?