Ru
17:36 / 14 Noyabr 2025

BMT-dən xəbərdarlıq – Aclıq 16 ölkədə fəlakət həddindədir

BMT-dən xəbərdarlıq – Aclıq 16 ölkədə fəlakət həddindədir
Eye

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Qida Proqramı (WFP) ərzaq qıtlığı ilə bağlı ilə bağlı birgə açıqlama yayıb.

Bakupost.az xəbər verir ki, hər iki təşkilat milyonlarla insanın aclıqdan ölmə riskinin artdığını qeyd edərək, 16 bölgədə qida çatışmazlığının daha çox ölümlərə, miqrasiyaya və müharibələrə yol açacağını vurğulayıb.

FAO və WFP-nin birgə yayımladığı hesabatda, münaqişə və zorakılığın kəskin qida qeyri-müəyyənliyini gücləndirdiyi qeyd olunub və risk altında olan ölkələrin siyahısı açıqlanıb.

Haiti, Mali, Fələstin, Cənubi Sudan, Sudan və Yəmənin ən mətin vəziyyətdə olan ölkələr kimi təqdim olunan siyahıda, burada yaşayan insanlar üçün aclıq riskinin fəlakət həddinə çatdığı bildirilir.

Suriya, Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma, Nigeriya və Somali də çox yüksək risk altında olan ölkələr kateqoriyasına daxil edilib. Eyni zamanda, Burkina Faso, Çad, Keniya və Banqladeşdəki Rohingyadakı qaçqınlarının vəziyyəti də siyahıya əlavə olunub.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar