Ru
14:39 / 25 İyun 2022

"General-leytenant” rütbəsi alan hərbçilər - FOTO

"General-leytenant” rütbəsi alan hərbçilər -  FOTO
Eye

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.


Bakupost.az xəbər verir ki, onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var.


Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.


Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.


Fotoda: Zakir Ağayev


Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.

Fotoda: Azər Əliyev




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar