Estoniya yalnız bir rota hərbçisini Ukraynaya göndərməyə hazırdır. Bu barədə Estoniyanın baş naziri Kristen Mixal bəyan edib.
Bakupost.az xəbər verir ki, məlumatı "ERR" kanalı yayıb.
Onun sözlərinə görə, Estoniya öz kontingentini bir rota həcmində Ukraynaya göndərməyə hazırdı.
Eyni zamanda, baş nazir əlavə edib ki, “istəklilər koalisiyası”na daxil olan ölkələrin mümkün hərbi qüvvə göndərilməsi ilə bağlı detalları müzakirə etmək hələ tezdir.
Xatırladaq ki, “istəklilər koalisiyası”na daxil olan Avropa ölkələri döyüş əməliyyatları bitdikdən dərhal sonra Ukraynaya qoşun göndərmək istəyirlər.
Ayxan,
BakuPost