Ru
09:23 / 28 İyul 2025

Bu ölkədə dəhşətli qəza - Ölənlər var

Bu ölkədə dəhşətli qəza - Ölənlər var
Eye

Almaniyada qatar qəzasında xilasetmə işləri başa çatıb.

Bakupost.az xəbər verir ki, yerli xilasetmə xidmətinin rəhbəri Şarlotta Tsiller bu barədə məlumat verib.

Son məlumatlara əsasən, 3 nəfər həlak olub, 50-dən çox insan xəsarət alıb.

"Bizim məlumatlarımıza görə, vaqonlarda daha insan qalmayıb və hamıya tibbi yardım göstərilib", - o bildirib.

Ziqmaringen-Ulm marşrutu ilə hərəkət edən qatarla qəza bazar günü axşam baş verib. Qəzadan bir qədər əvvəl bu ərazidə fırtına olub və ehtimal edilir ki, torpaq bəndini yuyulması nəticəsində qatar relsdən çıxıb.

Lakin qəzanın səbəbləri barədə rəsmi məlumat hələ yoxdur.

"Biz bütün gecə işləyəcəyik, araşdırmaya başlamışıq. İndi hadisə yerində maddi sübutlar toplanacaq, bu da çox güman ki, sabaha qədər və ya daha çox vaxt aparacaq", - Ulm polisinin sözçüsü Sven Franke deyib.








Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar