Ru
21:31 / 21 Avqust 2025

Bu sosial şəbəkələr uşaqlar üçün bağlanır? - Deputatdan ŞOK

Bu sosial şəbəkələr uşaqlar üçün bağlanır? - Deputatdan ŞOK
Eye

Uşaqlar üçün sosial şəbəkələr ümumiyyətlə qadağan edilməlidir

Bakupost.az bildirir ki, bu sözləri millət vəkili Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, artıq bir sıra ölkələrdə bu cür qadağa tətbiq edilir:

"Bu yaxınlarda Avstraliyada 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi təqdim olunaraq qəbul edildi. Mən də düşünürəm ki, Azərbaycanda da eyni addım atılmalı, 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qanunvericilik səviyyəsində qadağan olunmalıdır.

Biz tez-tez TikTok və İnstagramda çox kiçik yaşlı uşaqların videolarına rast gəlirim. Əgər bu videolar biznes, təhsil və ya öyrədici məqsədlərlə, valideynin ciddi nəzarəti altında paylaşılırsa, buna pis baxmıram. Amma uşaqların birbaşa sosial şəbəkələrdə ağıllarına gələni çəkib paylaşması həm etikadan kənardır, həm tərbiyələrinə mənfi təsir göstərir, həm də həmyaşıdlarına yanlış mesajlar ötürür. Buna görə də mən Milli Məclisin növbəti payız sessiyasında bu məsələni qaldıracam ki, Azərbaycanda da 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulsun".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar