Ru
12:06 / 27 Dekabr 2018

Bulvarda böyük konsert olacaq - “Yeni il gəlir”

Bulvarda böyük konsert olacaq  - “Yeni il gəlir”
Eye

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır.

 

Bu barədə BakuPost-a qurumun mətbuat katibi Gunay Yelmarqızı məlumat verib. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert Dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək: ""Yeni il gəlir” adlı bayram tədbirinə saat 12-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 18-də isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq”. 



Mətbuat katibi deyib ki, konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil: "Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür”.



G.Yelmarqızı əlavə edib ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsertlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.



Bulvarda böyük konsert olacaq  - “Yeni il gəlir”
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar