“Coca-Cola” şirkəti 2026-cı ilin ikinci rübündə təxminən 295,5 milyon manat xalis mənfəət açıqlayıb. Bu göstərici analitiklərin təxminən 281,2 milyon manatlıq gözləntisini üstələyib.
“Bakupost” xəbər verir ki, şirkətin ikinci rübdə gəlirləri təxminən 2,39 milyard manat təşkil edib və illik müqayisədə 5,7% artıb.
Konsolidə satış həcmi 9,8% artaraq 519 milyon vahid qutuya çatıb. Artım əsasən Pakistan və Mərkəzi Asiya bazarlarının hesabına baş verib. Pakistan, Özbəkistan və Qazaxıstanda satış həcmi müvafiq olaraq 17%, 21,1 % və 12,7% artıb.
Türkiyədə satış həcmi 1,1% azalıb. Bununla belə, beynəlxalq əməliyyatların ümumi satış həcmində payı 69,4%-ə yüksəlib.
Şirkətin faiz, vergi və amortizasiya öncəsi mənfəəti (FAVÖK) təxminən 533,6 milyon manat olub. Bu göstərici də bazarın təxminən 495,6 milyon manatlıq gözləntisini üstələyib.
Beləliklə, “Coca-Cola” şirkətinin 2026-cı ilin ilk yarısında xalis mənfəəti təxminən 494,8 milyon manata çatıb.
Vüsalə Hüseynova,
BakuPost