Saatlı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sarıcalar bələdiyyəsinin sabiq sədri Arif Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bajupost.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Məhərrəmov 2 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
İttihama görə, Arif Məhərrəmov iki kənd sakinindən bələdiyyəyə məxsus torpaq sahələrinin sənədləşdirilməsini həll edəcəyinə söz verib və onlardan 2000-2500 manat alıb və həmin pulları şəxsi ehtiyaclarına xərcləyib.