Ru
15:22 / 11 Sentyabr 2025

ABŞ-da Trampın təhlükəsizliyi gücləndirilir

ABŞ-da Trampın təhlükəsizliyi gücləndirilir
Eye

ABŞ-ın yüksəkvəzifəli şəxslərin mühafizəsinə cavabdeh məxfi xidməti Prezident Donald Trampın iştirak etdiyi tədbirlərdə təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib.

Bakupost.az xəbər verir ki, bu barədə *The Wall Street Journal* məlumat yayıb.

Qərara səbəb Yuta ştatında tanınmış mühafizəkar fəal Çarli Kirkin qətlə yetirilməsi olub. 31 yaşlı Kirk sentyabrın 10-da Orem şəhərindəki universitetdə çıxışı zamanı güllələnib və aldığı yaralardan xəstəxanada vəfat edib.

Trampın tərəfdarı olan Kirk dəfələrlə ABŞ-ın Ukraynaya hərbi yardım göstərməsinə qarşı çıxış edib. Hazırda FBI və yerli hüquq-mühafizə orqanları silahlı şəxsin axtarışını davam etdirirlər.

Ağ Evin məlumatına görə, yaxın günlərdə Tramp Pentaqonda 11 sentyabr terror aktları qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə və Nyu-Yorkda keçiriləcək beysbol oyununda iştirak edəcək.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar