Ru
14:25 / 23 Yanvar 2020

Deputatlığa namizəd Azər Kərimli Qaxda gənclərlə görüşdü - FOTOLAR

Deputatlığa namizəd Azər Kərimli Qaxda gənclərlə görüşdü -  FOTOLAR
Eye

Azərbaycan Milli Məclisinə bu il fevralın 9-a təyin olunan növbədənkənar parlament seçkilərində 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış, bundan əvvəlki çağırışda dairənin deputatı olmuş Azər Kərimli rayonun gəncləri ilə görüş keçirib.

BakuPost xəbər verir ki, gənclərə Azərbaycan dövlətinin qayğısından bəhs edən Azər Kərimli, rayonda da gənclər üçün görülən işlərdən danışıb, deputatlıq dövründə gördüyü işlər barədə hesabat verib. O, eyni zamanda növbəti çağırışda da deputat seçiləcəyi təqdirdə görüləcək işlərdən, müxtəlif layihələrdən xəbər verib. Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ölkə başçısının böyük diqqətindən bəhs edən A. Kərimli gəncliyi dövlətçilik ətrafında daim daha da sıx birləşməyə çağırıb.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar