Ru
22:30 / 05 Dekabr 2025

Donald Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Donald Tramp FIFA Sülh Mükafatına layiq görüldü
Eye

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının (DÇ-2026) püşkatma mərasimi çərçivəsində FIFA Sülh Mükafatına layiq görülüb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu il təsis olunmuş mükafatı Trampa FIFA prezidenti Canni İnfantino təqdim edib.

Mərasim zamanı çıxış edən D.Tramp Ukraynada münaqişənin həlli yolunun tezliklə tapılmasını gözlədiyini deyib.

"Mən səkkiz müharibəyə son qoydum və doqquzuncu müharibənin sonu yaxınlaşmaqdadır. Mənə mükafatlar lazım deyil, mən həyat xilas etməliyəm. Mən milyonlarla insanı xilas edirəm və buna davam etmək istəyirəm", - deyə o bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar