Ru
11:38 / 16 Fevral 2026

Xaricdə təhsil üçün sənəd qəbulu başlayır - TARİX AÇIQLANDI

Xaricdə təhsil üçün sənəd qəbulu başlayır - TARİX AÇIQLANDI
Eye

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026-2027-ci tədris ili üzrə aprelin 15-i 2026-cı il tarixindən sənəd qəbuluna start veriləcək.


Bu barədə Bakupost.az -a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Proqramı çərçivəsində 2026–2027-ci tədris ili ilə əlaqədar prioritet ixtisas sahələrinə uyğun bakalavriat, magistratura və doktorantura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə siyahısı yanvarın 12-də ictimaiyyətə təqdim edilib. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan universitetlərdən müvafiq sahə və proqramlar üzrə qəbul sənədinin əldə edilməsidir.

Proqrama müraciət üçün tələb olunan sənəd nümunələri ilə buradan tanış olmaq mümkündür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar