Ru
11:55 / 16 Fevral 2026

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü

Musa Qurbanlı Premyer Liqanın tarixinə düşdü
Eye

Misli Premyer Liqasının XX turunun "İmişli" ilə oyununda "Qarabağ"ın qələbə topunu vuran Musa Qurbanlı yubiley qoluna imza atıb.

Bakupost.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Belə ki, 23 yaşlı hücumçu çempionatda 40-cı dəfə fərqlənib. Azərbaycan millisinin üzvü buna 97-ci oyununda nail olub. Forvard turnirin tarixində 40 və ya daha çox qol vuran futbolçuların siyahısına daxil olub. Junivan Suares, Ramil Şeydayev, Fernando Peres və Mehman Allahverdiyevə çatan Qurbanlı 65-69-cu yerləri bölüşür.

Premyer Liqada iki klubda çıxış edən hücumçu "Qarabağ"da 88 oyunda 39, "Zirə"də doqquz matçda bir dəfə fərqlənib.

Qeyd edək ki, Musa 40-cı qolunu cari çempionatda vuran ikinci futbolçudur. Ona qədər Coy-Lens Mikels ("Sabah") buna nail olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar