Ru
20:48 / 05 Dekabr 2025

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI
Eye

AXCP sədri Əli Kərimlinin həbsinin ardından partiyanın Nəzarət Təftiş Komissiyasının üzvü Təzəxən Mirələmli də saxlanılıb.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, bu gün günorta saatlarında Ə.Kərimlinin apellyasiya məhkəməsi öncəsi Dövlət Təhlükəsizlik Xidmətininin əməkdaşları tərəfindən AXCP fəalının evində axtarış aparılıb, ona məxsus kompüter, telefon və başqa əşyalar götürülüb.

Özü isə DTX-yə aparılıb. Bu barədə sosial şəbəkələrdə onun ailə üzvləri məlumat yayıblar.

Qeyd edək ki, AXCP-də həbslər ötən həftənin şənbə günündən başlayıb. Partiya rəhbərliyi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunurlar. Artıq AXCP sədri Əli Kərimli və müşaviri Məmməd İbrahim barəsində həbs qətimkan tədbiri seçilib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar