Ru
13:10 / 31 Avqust 2020

Dünyanın yaranışı haqda elmdə yeni söz - “Dünyanın üçüncü görüntüsu”

8414

Elə alınıb ki, axırıncı 40 il ərzində məşhur rusdilli Azərbaycan yazıçısı, jurnalist və mütəfəkkir Lev Əsgərovun əsərlərinin işıq üzü görməsində birbaşa iştirakım olub. Onunla tanışlığım 3 №-li Bakı kitab mətbəəsində işlədiyim dövrdə, həmkarlarımla birbaşa sexdə, linotip dəzgahının yanında onun bizi heyran etmiş “Bu evdə necə də qaranlıqdır” elmi-fantastik povestini oxuyarkən baş tutub.

“Əbilov, Zeynalov və oğulları” nəşriyyat-poliqrafiya müəssisəsi təsis edildikdən sonra Lev Əsgərov daim bizimlə işləyən yazıçılardan oldu. Mətbəənin əməkdaşları onun bütün əsərlərini yığımdan rotasiya çapına qədər texnoloji proseslər ardıcıl-lığında əlyazma və maketlərdən oxuyurdular. Bu əsərlər təkcə bizdə həqiqi oxu¬cu marağı doğurmurdu. Belə ki, onun keçən əsrin 80-ci illərinin sonunda nəşr etdiyimiz “Qeybdən gəlmiş adam” elmi-fantastik romanı 250 min tirajla keçmiş Sovet İttifaqına yayılmışdı.

Xatırlayıram, romanın çapı çox az miqdarda - cəmi 20 min tirajla planlaşdırılırdı, lakin Zati-Aliləri – oxucu tələbatı işə qarışmışdı. Sonralar həmin janrda qələmindən çıxmış “Məhkumlar”, “Missiya ilə cəhənnəmə”, “İntiqam” kimi romanlar da eyni maraqla qarşılanmışdı. Onların tirajları böyük deyildilər. Düzünü desək, kiçik idilər. Zəmanə dəyişmişdi. Müəlliflər əsərlərini öz hesabına nəşr etməli olurdular. Üstəlik, rusdilli çap nəşrlərinin yayılma coğrafiyası da daralmışdı. Nə vaxtlarsa nəhəng olan bir dövlət həyatını bizə tapşırıb məhv olmuşdu. Buna baxmayaraq, mətbəənin poçt qutusuna kitabsevərlərin onun bu və digər kitabının əldə edilməsinə kömək diləyi ilə məktubları gəlməkdə idi. Əfsuslar olsun, kömək üçün imkanımız yox idi. Nə bizdə, nə də mağazalarda kitablar qalmamışdı. Ədəbiyyat və elmi yaradıcılıqla məşğul olan adamlar üçün çətin vaxtlar idi. Lakin bu çətinliklər Lev Əsgərovun qələmini əlindən ala bilmədi.

Əgər insanda istedad varsa, bütün çətinliklərə baxmayaraq o, özünü mütləq büruzə verəcək, insanlar ona əhəmiyyət verib diqqət yetirəcəklər. Onun yazdığı, oxucuların yaddaşında yaxşı qalmış iki əsərlə də belə olmuşdu. Söhbət 2 kitabdan ibarət XX əsr haqqında − “Qeybə səyahət” roman-epope¬yasından və “Onun Qolqofu” povestindən gedir. Hər iki əsərin tirajı beş yüzdən artıq deyildi və əlbəttə, ani olaraq yayılmışdılar. Bizə məlum idi, çox oxucular bu kitabları alıb oxumaq istəyində idilər. Amma müəllifin, eləcə də nəşriyyatın vəsait məhdudiyyətləri əlavə nəşrə imkan vermədi.

Yazdığı əsərlər onun sonsuz yaradıcı istedadının bir tərəfidir. Digər, fikrimcə, daha parlaq tərəf isə Lev Əsgərova məxsus − nə vaxtsa kiminsə başlanğıc verdiyi yaranış mexanizmində İnsan varlığına qeyri-adi, qaranlıqları yarıb keçən və inamlı işıq salan fəlsəfi əsərləridir.

Yaradıcılığının bu səmtinə onu elmi-fantastik kitablarda obrazlı verilən, həya-tımızda proqlamlaşdırılmış Fəza-Zaman faktorunun əhəmiyyəti haqqında ideya sövq edirdi.

Dünya məşhurlarının çoxəsrlik nəhəng əmək kütləsinə baş vuraraq keçən əsrin 90-cı illərində bizə təqdim etdiyi həcmcə böyük olmayan, “Suallar sualı” adlandırdığı fəlsəfı düşüncələrini və orijinal əqli mülahizələrini kitab halında çap etdik. 10 il sonra isə Lev Əsgərovun ciddi cəhdlə apardığı axtarışlardan sonra onun “Ala¬lo¬torandan işığa” kitabı “OL” nəşriyyatında işıq üzü gördü. Əsər onun irəli sürdüyü Yaranışın quruluşu konsepsiyasını inamla sübut edirdi. Son vaxtlar bizə məlum oldu ki, bu əsər heç də yekun variant deyilmiş.

O, müasir riyaziyyatcıların, fiziklərin, biokimyaçıların və dünyanın digər araşdır-maçılarının kəşflərinin məzmumunda təsdiqini tapan ideyasına daha dərindən baş vuraraq onun üzərində işləməyi davam edirdi.

Budur, bu gün “Ruh−ilahiyyatçiların uydurması deyil... Həyatın kodu Zamanın parçasındadır... İnsan qanadlıymış!... Ölməzlik var! O bizdədir! ” kimi tam heyra¬ne¬dici altbaşlıqlarla “Dünyanın üçüncu görüntusu” traktatının əlyazması istehsalatda – çapdadır. Yeri gəlmişkən, müəllif bizə qədər traktatın əlyazmasını Kazan universitetinin professoru tarix elmləri doktoru Aleksey Litvinə yollayıbmış. Professordan alınmış geniş və analitik məktubdan kiçik bir parçanı qeyd edirəm: “... Əsərinin dəyəri şübhəsizdir. Bəlkə üzərimə çox götürürəm, bütün məsuliy-yətimlə sənin işinin doqmatik yanaşmalarda ilişib qalan elmimizdə − yeni söz olmasını təsdiq edirəm. Əgər o qəbul edilsə, bütün varlığın mövcud və köhnəlmiş axtarış metodologiyaları köklü dəyişikliklərə məruz qalacaq. Nyutonun Dünyanın birinci görüntüsünü elan etdikdən yüz il sonra Vernadskiy öz biosfera və neosferası ilə Dünyanın ikinci görüntüsünü təklif etdi. İndi sənin müəllifi olduğun – Dünyanın üçüncü görüntüsü yarandı. Mümkün ki, bu yekun görüntüdür. Bununla əlaqədar öz traktatını İsaak Nyutonun sözlərilə başlamağı məsləhət görürəm: “Mən giqantların çiyin¬lərində dayandıgım üçün digərlərdən uzaqları gördüm...”

Gördüyünüz kimi, Lev Əsgərov belə də edib. Qarşımızdaki kitabda beyinyoran, duman çökdürən elmi söz dövriyyələri tamamilə yoxdur. Aydın, elmi-populyar formada yazılmış traktat çox yəqin ki, Yer insanının varlığı, onların həyatında Fəza-Zamanın əhəmiyyəti, insan ölməzliyinin, ruhunun sirləri ilə maraqlanan hər bir oxucu auditoriyası tərəfindən oxunacaq.

Ruh var və müəllifin fikrincə, o ali idrak şəraitində və Fəza-Zamanın digər formasında bizim sizinlə varlığımızın olimpinə istiqamətlənmişdir.

Oxucu onda yarana biləcək “Niyə bizim həyatımız, əksliklərlə doludur?” və “Niyə biz hamımız belə müxtəlifik?” kimi suallara da cavab tapa biləcək.

Bununla belə, mənə və həmfikirlərimə elə gəlir bu əsərin əhəmiyyəti birmənalı qəbul edilməyəcək. Təzə söz deyə bilən hər kəsin qisməti belə olub. Öz elində Peyğəmbər olmur. Burda əlavə heç nə yazmaq mümkün deyil. Qoy bu sizi heç də kədərləndirməsin, cənab Lev Əsgərov. Belə olub, belədir və belə də olacaq. Biz isə öz tərəfimizdən istədiyimizi və bacardığımız etdik. Yazdığınız bu parlaq əsəri Sizin anadan olmağınızın 80 illiyinə kitab halında buraxmağa çalışdıq. Əmin ola bilərsiniz, əsər mütləq, tez və ya gec, dünyanın, dünyaların və bəşəriyyətin dərk edilməsi elmində öz layiqli yerini tapacaq.

Möhkəm can sağlığı, dünya şöhrəti (Siz buna layiqsiniz!) və yaradıcılıq uğurları arzuları ilə.

Qeys Əbilov


Dünyanın yaranışı haqda elmdə yeni söz  - “Dünyanın üçüncü görüntüsu”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər