Ru
13:38 / 17 Dekabr 2019

Ehtiyatda olan zabitlər məzuniyyət əvəzinə niyə kompensasiya ala bilmirlər?

3581


Zamin Əliyev

Məlum olduğu kimi, istifadə edilməyən məzuniyyət, həmçinin alınmamış əşya əmlakı əvəzinə hərbi qulluqçulara pul kompensasiyasının verilməsi ilə bağlı ölkədə qayda var. Bununla əlaqədar olaraq Müdafiə Nazirliyinə müvafiq sənədlərin toplanılması ilə müraciət olunmalı, ehtiyatda olan hərbçilər, zabitlər hərbi qulluqda olduqları müddətdə istifadə edə bilmədikləri məzuniyyət, həmçinin alınmamış əşya əmlakı əvəzinə ayrı-ayrılıqda kompensasiyalarla ilə təmin olunmalıdırlar.

Özüm də ehtiyatda olan zabit kimi məsələ ilə bağlı bir neçə aydır ki, müşahidələr aparıram, bu baxımdan fikirlərimi media vasitəsilə bildirmək və bu sahədə çatışmazlığı müvafiq qurumun diqqətinə çatdırmaq istərdim.

Öncədən qeyd edim ki, mən və digər ehtiyatda zabit olan dostlarım kompensasiya ilə bağlı dəfələrlə müraciət etsələr də, hələ ki kompensasiyaları ala bilməyiblər. Məsələn, oktyabrın sonu, noyabrın əvvəlindən bunun üçün ərizə təqdim etsək də, müxtəlif əsaslar gətirilməklə iş yubadılır. Belə ki, müvafiq qurumdan hər dəfə ərizələri yenidən yazmağı, yaxud ərizədə düzəliş etməyi, yaxud da əşya əmlakı əvəzinə kompensasiyanı tələb etməməyi məsləhət bilirlər. Hərbi hissənin adına müraciət etdik, dedilər ki, bu dəfə də Müdafiə nazirinə online qaydada müraciət edin, bunu da etmişik. Özü də bir dəfə yox, 3 dəfə. Hələ də nəticə yoxdur.

Məsələ ilə bağlı bu cür hallarla qarşılaşdıqdan sonra mediaya müraciət etməyi, problemi ictimailəşdirməyi lazım bildim.

Beləliklə, biz istifadə etmədiyimiz məzuniyyət və əşyaya görə kompensasiyanı hələ də ala blməmişik. Sualım müvafiq qurumun sözügedən məsələ ilə məşğul olan işçilərinədir: Problemin kökü nədədir?

Niyə ehtiyatda olan hərbçilər üçün elan olunmuş müvafiq kompensasiyaları ala bilmirik?!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər