Ru
22:29 / 01 Dekabr 2025

Əli Kərimlidən sonra növbə kimindir?

Əli Kərimlidən sonra növbə kimindir?
Eye

AXCP sədri Əli Kərimlinin saxlanılması, ardından məhkəmənin hökmü ilə ona 2 ay 15 gün həbs verilməsi proseslərin ciddi məcraya yönəldiyi anlamına gəlir.

Bakupost.az xəbər verir ki, bu barədə Globalinfo.az-ın şərhində bildirilib.

“Ölkə tamamilə yeni mərhələyə keçir. O üzdən bu cür sərt qərarlar alınıb. Görünür, “şıltaq radikallar”ın kaprizi ilə çox oynamaq istəmir dövlət. Əslində ortada ciddi faktlar, dəlillər, şübhələr olmasaydı, Əli Kərimli haqda belə qəti qərar verilməzdi”, - deyə bildirilib.

Məqalədə Əli Kərimli və şəbəkəsinin 44 günlük müharibə və antiterror əməliyyatından sonra tutduğu qeyri-sağlam yol, dövlətimizin bütövləşməsi, işğalın bitməsinə qeyri-normal münasibəti qabardılıb:

“Niyə Xankəndi azad edilmədi?”, “Xocalı işğalda qalıbsa, bu qələbənin mənası yoxdur!”, “İlham Əliyev Laçını Ermənilərə bağışladı” və sair belə şantajlarla dövlətin üstünə yeriyirdi. 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatından sonra yenə susmadı. İndi də Rusiya sülhməramlılarının hələ də Qarabağda qaldığını əsas gətirib, az qalsın qələbənin legitim olmadığını söyləyirdi. Rus ordusu da çıxdı Qarabağdan – həm də Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə. Sonra da başladı Zəngəzur “zənguləsi” vurmağa. Son 5 ildə bu qədər möhtəşəm nəticələrə rəğmən Əli Kərimlini “məmnun etmək” mümkün olmadı.

O, siyasi mübarizəni şəxsi düşmənçiliyə çevirdi. Hakimiyyətə qarşı mübarizə apardığını desə də, Azərbaycanın ən strateji maraqlarına qarşı cəbhə açdı”.

Prezident Administrasiyanın sabiq rəhbərinin Rusiyaya yazdığı məktub aşkarlandıqda onun 50 nəfərdən ibarət Dövlət Şurası yaratmaq istədiyi, Azərbaycanın konstitusion quruluşunu dəyişdirmək niyyətində olduğunun üzə çıxdığı xatırladılır, “heyət”in tərkibində Əli Kərimlinin və Gültəkin Hacıbəylinin yer aldığı vurğulanır:

“İndi əsas sual budur: Mehdiyevçi şəbəkənin digər üzvləri də həbs ediləcəkmi? Onların ifşası gözlənilirmi? Qalan 48 nəfər kimlərdir? Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən deputatlar, məmurlar da istintaqa cəlb ediləcəkmi?

“Mehdiyev işi” milli təhlükəsizlik məsələsinə çevrilib. Ona görə də dövlətin özünüqoruma mexanizmləri işə düşüb. Bu mexanizmin kimsəyə acıyacağına inanmırıq. Yəqin, Əli Kərimlidən, Məmməd İbrahimlidən, Gültəkin Hacıbəylidən sonra növbə hakimiyyətin daxilinə keçəcək. Daxildə aparılan təmizləmə işləri genişləndirilə bilər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar