Ru
15:32 / 20 Avqust 2025

Ərəb turistlər Azərbaycan xalqından üzr istədi - VİDEO

Ərəb turistlər Azərbaycan xalqından üzr istədi -  VİDEO
Eye

Azərbaycanda olan ərəb turistlər sosial şəbəkələrdə üzr kampaniyası başladıb.

Bakupost.az xəbər verir ki, ərəb turistlər sosial şəbəkələrdə, xüsusən də “TikTok” platformasında video yayımlayaraq Şəhidlər xiyabanında qeyri-etik davranışlarına görə xalqdan üzr istəyiblər.

Videolarda turistlər Şəhidlər xiyabanını ziyarət edərək məzarların üzərinə gül qoyur, həm ərəb, həm də Azərbaycan dilində üzr istəyərək belə hərəkətlərin yolverilməz olduğunu etiraf edirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə üç ərəb turistin Şəhidlər xiyabanında etdiyi qeyri-etik davranışları əks etdirən görüntülər geniş narazılıq doğurub.

Araşdırmalar zamanı məlum olub ki, avqustun 13-də Bakıya beşgünlük səfər edən ərəb turistlər sözügedən videonu çəkib sosial şəbəkələrdə özləri yayıblar.

Daha sonra polis əməkdaşlarının tədbirləri nəticəsində saxlanılan hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 245-ci maddəsi (“Qəbir üzərində təhqiredici hərəkət”) ilə cinayət işi açılıb və 3 ay müddətinə həbs olunublar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar