Ru
12:29 / 30 Oktyabr 2025

Ermənilərin Qarabağa qayıdışı ilə bağlı İrəvandan mühüm AÇIQLAMA

Ermənilərin Qarabağa qayıdışı ilə bağlı İrəvandan mühüm AÇIQLAMA
Eye

Ermənistan Azərbaycanla danışıqlarda ermənilərin Qarabağa qayıdışı ilə bağlı məsələ qaldırmır.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Arman Yeqoyan məlumat verib.

“Xaçaturyan tərəfindən irəli sürülən təklif Qarabağdan köçmüş şəxslərin qaytarılmasının təmin edilməsini Azərbaycanın üzərinə məsuliyyət kimi qoyulmasını nəzərdə tutur. Ermənistan hökuməti və xarici siyasətə cavabdeh vəzifəli şəxslər bu anda Azərbaycan qarşısında belə bir məsələ qaldırmırlar”, - o deyib.

Parlamentdəki müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Xaçaturyan bildirib ki, Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son sessiyasında hakim partiyanın deputatları onun müəllifi olduğu “ermənilərin Qarabağa qayıdışını nəzərdə tutan təklif”in əleyhinə səs veriblər.

Qeyd edək ki, söhbət 2023-cü ildə Azərbaycanın Qarabağ İqtisadi Rayonunu könüllü tərk edən erməniəsilli insanlardan gedir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar