Ru
20:05 / 19 Fevral 2020

Ermənistanda generallar istefaya göndərildi

1384
Ermənistanın hərbi polis rəisi, general-mayor Artur Baqdasaryan istefaya göndərilib.

BakuPost Qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq sərəncamı prezident Armen Sarkisyan imzalayıb. Baqdasaryan Ermənistanın hərbi polisinə 2017-ci ildən rəhbərlik edirdi.

Qeyd edək ki, bu gün Ermənistanın Müdafiə Nazirliyinin şəxsi heyəti ilə iş üzrə idarə rəisi, general-mayor Aleksan Aleksanyan da istefaya göndərilib.

Verilmiş qərarlar Ermənistan ordusunda ilin əvvəlindən 13 hərbçinin ölümü ilə əlaqələndirilir. Onlardan 3-ü intihar hadisəsidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər