Ötən əsrin ən böyük dahilərindən biri olan alman fiziki Albert Eynşteyn hər zaman öz ixtiraları və nəzəriyyələri ilə tanınıb. Lakin o da digər insanlar kimi normal həyat tərzi keçirib.
Bakupost.az Eynşteyn haqqında maraqlı faktları təqdim edir.
Albert Eynşteyn 1879-cu il martın 14-də dünyaya gəlib. Başı əyri şəkildə doğulmuş, artıq çəkisi olan körpə olub. Lakin böyüdükcə bədən ölçüləri normallaşıb.
Eynşteyn çox əsəbi bir gənc olub. Hətta bir dəfə müəlliminin üstünə stul atıb. Bu qəzəbdən ən çox payını alan is bacısı Maca olub. O tez-tez Eynşteynin qəzəbdən atdığı əşyaların hədəfinə çevrilib.
Eynşteyn məşhur inancın əksinə olaraq uğursuz tələbə olmayıb. O, əylənmək üçün riyaziyyat və fizika oxuyub. Lakin yaxşı şagir olmayıb. O, əzbərə nifrət edib. Özünə maraqlı olmayan dərsləri isə ümumiyyətlə oxumayıb.
Eynşteyn heç vaxt İQ (zəka səviyyəsi) sınağından keçməyib. Lakin bu insanların təxmin yürütməsinə mane olmayıb. Bir ısra internet saytları məşhur fizikin 160 İQ səviyyəsinə malik olduğunu iddia edir. Lakin bu iddianı təsdiqləmək üçün heç bir yol yoxdur.
Eynşteyn corab geyinməyə nifrət edib. 1930-cu illərdə Oksforddakı dərslərində corab geyinməyin lazım olmadığını öyrədib və bundan son dərəcə məmnun olub. Eynşteynincorablara qarşı ifrəti uşaqlığından qaynaqlanıb: "Gənc vaxtıöyrəndim ki, ayaq baş barmağı həmişə corabda deşik yaradır. Ona görə bir də corab geyinmədim”.
Sürixdə bakalavr pilləsində oxuyanda bir yelkənli qayığa aşiq olub. Lakin heç də yaxşı dənizçi deyildi. Ona görə də, qayığı tez-tez batıb və başqaları tərəfindən xilas edilməli olub.
1904-cü ildə oğlu Hans dünyaya gələnə qədər baxımlı qara saçlara sahib idi. Oğlunun gəlişi ilə Eynşteyn ailəsini dolandırmaq üçün işləməli olub və bərbərxanaya getməyə vaxtı olmayıb. Beləliklə, onun ikonik saçı formalaşıb.
Xalqdan saysız-hesabsız məktublar alırdı. Lakin uşaqlardan gələn məktublara xüsusi diqqət ayırıb. Bir məktubda gənc qız riyaziyyat problemlərindən şikayətlənib. Eynşteyn ona belə cavab verib: “Riyaziyyatda çətinlik çəkdiyin üçün narahat olma. Əmin ol ki, mən daha çox çətinlik çəkirəm”.
Dahi olsa da, eşq həyatında bu ünvanı saxlaya bilməyib. İlk evliliyini fizik Mileva Mariçlə edib. Cütlük üçüncü övladları dünyaya gəldikdən sonra ayrılıb. Eynşteyn həyat yoldaşına maraqlı tələblər siyahısı verib. Bu isəı evliliyin sona çatmasına səbəb olub:
1. Məndən yaxınlıq gözləmə.
2. Mən istəmədiyim müddətdə mənimlə danışma.
İkinci evliliyi qohumu Elza Löventalla olub.
Evliliklərindən başqa münasibətlərinin olduğu da bildirilir.
Eynşteyn 72 yaşında şərəfinə keçirilən doğum günü tədbirdən ayrılıb. O, maşınına minmək istəyərkən fotoqraflar ondan kameraya gülümsəməsini istəyiblər. Eynşteyn isə şəkil çəkdirəndə gülümsəməkdən bezmişdi. Ona görə də, dilini çıxarıb. Eynşteyn şəkli o qədər bəyənib ki, onu təbrik kartlarına da qoyub.
1933-cü ildə nasistlərin təqibindən xilas olmaq üçün Almaniyanı tərk edən Eynşteyn ABŞ-da gördüyü irqi ayrı-seçkiliyə qarşı həssas olub. O, qaradərili amerikalıların hüquqlarını müdafiə edib. Məşhur qaradərili müğənni Marian Anderson 1937-ci ildə konsert vermək üçün Prinstona gəlib, lakin ona otel otağı verilməyib. Eynşteyn isə onu evinə dəvət edib.
Aynur
BakuPost