Ru
09:28 / 25 Avqust 2025

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olundu

Fındıq bağında çətənə kolu yetişdirən şəxs həbs olundu
Eye

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakupost.az -a bildirilib ki, tədbirlərlə 50 yaşlı Nəcəf Alxasov saxlanılıb. Ona məxsus fındıq bağında kultivasiya edərək yetişdirdiyi 107 ədəd çətənə bitkisi aşkar olunub. N.Alxasov çətənə kollarını satış məqsədilə əkdiyini bildirib.


Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar