Ru
16:30 / 04 Noyabr 2025

Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR

Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR
Eye

Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir.

Bakupost.az xəbər verir ki, Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı.

Sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirilir.

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq tənzimlənir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar