Ru
20:26 / 18 Fevral 2026

Gürcüstanda nə qədər azərbaycanlı işçi var?

Gürcüstanda nə qədər azərbaycanlı işçi var?
Eye

Gürcüstanda yerli işəgötürənlər tərəfindən rəsmi şəkildə 51 min 448 xarici vətəndaş işə cəlb edilib.

Bakupost.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze parlamentdə miqrasiya məsələləri ilə bağlı sorğunu cavablandırarkən danışıb.

Baş nazirin sözlərinə görə, xarici işçilərin qeydiyyatı üçün xüsusi elektron məlumat sistemi yaradılıb və bütün əmək miqrantları bu bazada qeydə alınıb.
Kobaxidze Gürcüstanda çalışan əcnəbilərin ölkələ üzrə sayını da açıqlayıb:

Rusiya – 12 778 nəfər

Hindistan – 6 842 nəfər

Türkiyə – 5 600 nəfər

Belarus – 4 930 nəfər

Türkmənistan – 4 000 nəfərdən çox

Azərbaycan – təxminən 3000 nəfər

Ukrayna – 2 849 nəfər

Çin – 2 000 nəfərə qədər

Qazaxıstan – 1 891 nəfər

İran – 1 277 nəfər

Kobaxidze bildirib ki, xüsusilə İT sektorunda slavyan ölkələrindən gələn mütəxəssislər üstünlük təşkil edir. Hindistan və Türkmənistan vətəndaşları daha çox tikinti və infrastruktur layihələrində çalışırlar. Ukrayna vətəndaşları isə əsasən İT və turizm sahələrində fəaliyyət göstərirlər.

Baş nazir əlavə edib ki, bəzi müəssisələrdə yerli işçi tapmaq çətin olduğuna görə xarici işçi qüvvəsinin cəlbi zəruri hesab olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar