Ru
12:37 / 04 Noyabr 2021

Hardasan, oğlum? – Şəhidlər haqqında şeir

Hardasan, oğlum? – Şəhidlər haqqında şeir
Eye

Uzun illərdir, prokurorluq orqanlarında çalışan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sabir Abdinov şəhidlərin anım günlərində onlara şeir həsr edib.

Bakupost.az həmin şeiri təqdim edir:

YENƏ PAYIZ GƏLDİ, YENƏ DƏ YOXSAN
(Allah şəhidlərimizə rəhmət eləsin!)
Sabir Abdin
Yenə payız gəldi, yenə də yoxsan,
Tutmuşam getdiyin yola üzümü.
Bəlkə küləklərə dönüb gələsən,
Yoxsa aparacaq sellər izimi.

Yenə payız gəldi, yenə də yoxsan,
Yenə duman çöküb yollarım üstə.
Kaş, dönüb yağışa qəfil yağasan,
Düşərsən uzalı qollarım üstə.

Yenə payız gəldi, yenə də yoxsan,
Sənsiz gözlərini açmır səhərim.
Yağır saçlarıma yarpaq yağışı,
Dönür buludlara qəmim, qəhərim.

Yenə payız gəldi, hardasan, oğlum?
Səni soraqlayır evim-eşiyim.
Şəklini asmışam ürəyim üstə,
İndi gözlərimdi sənin beşiyin.

Deyirəm nə vaxtsa bəlkə də gəldin,
Səbrim ürəyimdə bir közərən şam.
Səsinə həsrətəm, qayıt danış-din,
Səni gözləyirəm hər gün, hər axşam.

...Yenə otağını silib, süpürdüm
Sənsiz günlərimi hər an saymışam.
Gecədən keçsə də deyinmərəm, gəl
Evin qapısını açıq qoymuşam.

Yenə payız gəldi, de hardasan sən?
Heykələm yolunda, məni qınama.
Bəlkə də sən özün dönüb payıza,
Qayıdıb gələrsən bir gün yanıma.




Qayıt, ömrüm-günüm, gülsün gözlərim,
Yayılsın hər yana səsin-sorağın.
Sevinib şadlanım, muştuluq verim,
Gəlsin görüşünə qoy,uzaq-yaxın...

Əbədi yerin var ürəkdə-canda,
Qəlbimdə nur saçan çırağım oldun.
Şəhidim, geriyə qayıtmasan da,
Sən Zəfər müjdəli Bayrağım oldun.

26.10.2021.




























Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar