Ru
12:54 / 25 Oktyabr 2018

Həbsxanada evlənən şairdən məhkəməyə müraciət - Ömürlük həbs cəzasının ləğvini istəyir

Həbsxanada evlənən şairdən məhkəməyə müraciət -  Ömürlük həbs cəzasının ləğvini istəyir
Eye

Həbsxanada evlənən ömürlük məhbus Sergey Strelyayev cəzasının yüngülləşdirilməsini istəyir.



BakuPost Report-a istinadən xəbər verir ki, o, cinayət işi ilə yenidən tanış olmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.



S.Strelyayev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi ilə tanış olur. O, cinayət işi ilə tanış olduqdan sonra yenidən Ali Məhkəməyə müraciət edəcək.



S.Strelyayev ömürlük azadlıqdan məhrum etmə cəzasının 20 ilə endirilməsini və ya işinə yenidən baxılmasını istəyir.



Qeyd edək ki, S.Strelyayev 1997-ci ildə iki qonşusunu qətlə yetirib və ömürlük həbs cəzasına məhkum edilib. Şair olan S.Strelyayevin həbsxanada bir neçə kitab yazıb. 



O, 2013-cü ildə isə həbsxanada Lüdmila Alenikovla evlənib.



S.Strelyayev L.Alenikovla 2011-ci ildə öz kitabının təqdimatı zamanı tanış olub. Sonra məktublaşıblar və telefonla danışıblar. Qadın onun ziyarətinə gəlməyə başlayıb. Daha sonra S.Strelyayev L.Alenikova evlənmək təklifi edib.



Onlar bu nikahlarından bir övladları var.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar