Ru
14:40 / 21 Fevral 2021

“İcra başçısı 200 nəfərin kartını mənimsəyib” – Məsələni araşdıran jurnalistə təzyiqlər olunur – VİDEO

18074
Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.

Bakupost.az xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.
Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir:

“Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra - mayın 8-10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.

Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:

Şərhlər
  • Rəcəb Ağaməmmədov

    Azərbaycan Respublikasının prezidenti nə vaxt belə icra başçılarına ömürlük güllələmək verərsə ondan sonra xalqazadlığa çıxaraq rahat yaşayış tapmalıdır..Mən Rəcəb Ağaməmməd oğlu əgər millətin malını yeyərəmsə məni də güllələdilər!Sözlər❤️dən gəlir.Xalq özü çalışır,torpağı sevir,millət gözəldir.Xalq özü dövlət başçısını sevir.Koruksiya həm haram həmdə qanuna ziddir.Miillət bütün işləri öz cibin hesabına bu gün görür.Dövlətin pulu malı məmurlar və icra başçıları və deputatlar sözü.Millətə xəyanət edən bunlardır.Zaqatala xalqı öz cib gücünə asvalt acır.Bəs Zaqatala başçısı nə edir.Həmin qəsəbə və kəndlərdə verilən asvalt pulunu xarici banklarda yatızdırır.Haramxoşolsun.Millətin vergisini təmizləyən yoxdur.Asvalt xalqın pulu ilə açılır.Heç bir iş dövlət tərəfindən görülmür.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər