Ru
00:20 / 17 Oktyabr 2020

İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı

İctimai nəqliyyatın fəaliyyəti dayandırıldı
Eye

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda ictimai nəqliyyat həftəsonu işləməyəcək.

"BakuPost" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bundan başqa, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında da 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar