Ru
09:00 / 19 Fevral 2026

İNFAKT riskini bu ÜSULLA ölçmək olurmuş

İNFAKT riskini bu ÜSULLA ölçmək olurmuş
Eye

Ürək-damar xəstəlikləri riskini qiymətləndirmək üçün bel-boy nisbətinə diqqət yetirmək vacibdir.

Bakupost.az xəbər verir ki, bu barədə endokrinoloq Elena Şafranskaya Qazeta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu göstərici piylənmə və onun fəsadları ilə əlaqəli metabolik risklərin müəyyən edilməsinə kömək edir.

Həkim qeyd edib ki, bel dairəsi visseral piylənmənin (daxili orqanların ətrafında toplanan yağın) əsas göstəricisidir. Metabolik ağırlaşmaların riski qadınlarda bel dairəsi 88 sm-dən, kişilərdə isə 94 sm-dən çox olduqda əhəmiyyətli dərəcədə artır.

Mütəxəssisin sözlərinə görə, ürək-damar riskini daha dəqiq qiymətləndirmək üçün bel-boy nisbəti nəzərə alınmalıdır. Bu göstəricinin hədd dəyəri 0,5-dir. Yəni bel dairəsi insanın boyunun yarısından artıq olmamalıdır.

Endokrinoloq vurğulayıb ki, daxili orqanların ətrafında həddindən artıq yağ yığılması insulin müqavimətinə, şəkərli diabetə və yüksək arterial təzyiqə səbəb ola bilər. Bu isə öz növbəsində ateroskleroz, infarkt və insult riskini artırır.

Bundan əlavə, piylənmə reproduktiv sağlamlığa mənfi təsir göstərə və bəzi xərçəng növlərinin yaranma riskini yüksəldə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar