Ru
18:10 / 05 Dekabr 2025

İnsandan sürətli qaçan robot – “Tesla” “Optimus”u təkmilləşdirir – VİDEO

İnsandan sürətli qaçan robot – “Tesla” “Optimus”u təkmilləşdirir – VİDEO
Eye

“Tesla” şirkəti yeni “Optimus” robotlarının imkanlarını nümayiş etdirib. Hazırda ikinci nəsil “Optimus (Gen 2)” və ən son modeli “Figure 02” üzərində işlər gedir. Şirkətin paylaşdığı videolarda hər iki robotun artıq sabit və sürətli qaçma bacarığı göstərilib.

Bakupost.az xəbər verir ki, Əlavə olaraq, birinci model – “Optimus Gen 2” — kiçik əzələ motorikasını da mənimsəyərək, sərt və qırılacaq əşyaları diqqətlə ayırmaq və yerləşdirmək qabiliyyətinə malik olub. Bu xüsusiyyət robotun insan mühitində daha təhlükəsiz və faydalı işləməsinə imkan verir.

Mütəxəssislər hesab edirlər ki, bu yeni nəsil robotlar gündəlik işlərdə – xüsusən də fabrik, anbar və xidmət sahələrində insan əmək qüvvəsini əvəz edə və ya ona dəstək ola bilər.

“Tesla”nın bu inkişafları süni intellekt və robot texnologiyalarında yeni mərhələ kimi qiymətləndirilir.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar