“Intel” süni intellektə artan tələbat fonunda çip istehsal gücünü artırmaq üçün 15 milyard dollarlıq səhm satmağı planlaşdırır.
“Bakupost” xəbər verir ki, şirkət əldə ediləcək vəsaiti yeni istehsal güclərinin yaradılmasına və müqaviləli çip istehsalının genişləndirilməsinə yönəldəcək.
“Intel” bu il istehsal gücünü artırmaq üçün kapital xərcləri planını 18 milyard dollardan 20 milyard dollara yüksəldib.
Şirkətin səhmləri bu il təxminən üç dəfə bahalaşıb. Bununla belə, yeni səhm satışı investorların şirkətdəki payının azalması ehtimalı səbəbindən səhmlərin 4%-dən çox ucuzlaşmasına səbəb olub.
“Intel 14A” texnologiyası üzrə çiplərin yüksək həcmli istehsalına 2028-ci ildə başlamağı planlaşdırır. Şirkətin müqaviləli istehsal bölməsinə “Tesla” da müştəri kimi qoşulub.
Vüsalə Hüseynova,
BakuPost