Ru
16:44 / 08 Aprel 2026

İran ordusunu məhv etdik, atəşkəs üçün yalvarırdılar - Heqset

İran ordusunu məhv etdik, atəşkəs üçün yalvarırdılar - Heqset
Eye

İran atəşkəs üçün yalvarırdı.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi.

“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.

Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:

“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, Havadan Müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar