Ru
22:04 / 08 Oktyabr 2025

İranda dörd nazir üçün impiçment prosesi başladıldı

İranda dörd nazir üçün impiçment prosesi başladıldı
Eye

İran parlamenti yol və şəhərsalma, energetika, əmək və sosial təminat, eləcə də kənd təsərrüfatı nazirlərinə qarşı impiçment prosesini işə salıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Parlamentin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi bildirib ki, dörd nazirin vəzifədən çıxarılması ilə bağlı sorğu artıq Rəyasət Heyətinə təqdim olunub. Xüsusilə əmək və sosial təminat naziri Əhməd Meydərinin impiçmenti uzun müddətdir gündəmdə olsa da, ölkədə baş verən son siyasi və hərbi gərginlik - xüsusilə 12 günlük müharibə bu prosesi ləngidib.

Qudərzi əlavə edib ki, yetərli sayda millət vəkilinin imzası toplandıqdan sonra impiçment rəsmən qəbul olunmuş sayılır. Nazirlərə özlərini müdafiə etmək üçün 10 gün vaxt veriləcək.

"Biz bu proseslərin hər biri üzrə vəzifələri müəyyənləşdiririk və yekun nəticə yaxın zamanda ictimaiyyətə açıqlanacaq", - deyə Qudərzi vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar