Ukrayna Silahlı Qüvvələri oktyabr ayında Kupyansk şəhərinin itirilməsi ehtimalı ilə barışıblar.
Bakupost.az xəbər verir ki, hazırda əsas diqqət Liman, Qulyay-Polye və Konstantinovka istiqamətlərində müdafiə mövqelərinin gücləndirilməsinə yönəlib.
Məlumata əsasən, Rusiya ordusu cəbhə xəttində qüvvələrin yerləşməsini dəyişir. Xüsusilə Pokrovsk yaxınlığından dörd motoatıcı briqadanın Dnepropetrovsk vilayətinə hücum məqsədilə köçürüldüyü bildirilir.