Ru
10:36 / 25 Avqust 2025

İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb
Eye

Ermənistan parlamentində 2026-cı ilin büdcə layihəsi təqdim olunub. Bu, İrəvanın təhlükəsizlik siyasətində köklü dönüşün yarandığını göstərir. Hakimiyyət müdafiə xərclərini artırmağa davam etmək əvəzinə, əhəmiyyətli azalma bəyan edib.

Bakupost.az xəbər verir ki, bu barədə “Armenianreport” məlumat yayıb.

Saytın iddiasına görə, Ermənistan hökuməti Azərbaycan qarşısında silahlarla bağlı öhdəlik götürüb.

“Keçən il Ermənistan hərbi xərclərini artırdı, Fransa və Hindistandan silah almaqla onu yeniləməyə çalışdı. Amma avqustun 8-də Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinə dair sənədin imzalanmasından sonra kurs qəfil dəyişib”, - mənbə bildirib.

Həmçinin qeyd edilib ki, bu fonda Ermənistanda Gümrüdəki Rusiyanın 102-ci hərbi bazasının çıxarılması üçün kampaniya aparılır.

“2026-cı ildə müdafiə büdcəsinin azaldılması iqtisadi tədbir deyil, Vaşinqton razılaşmalarının strateji nəticəsidir”, - mənbə əlavə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar