Ru
16:22 / 12 May 2022

İsa Qəmbərə 180 manat pensiya təyin edildi

4164
Azərbaycan Ali Sovetinin keçmiş sədri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin pensiyasının məbləği açıqlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə vəkil Xalid Ağəli məlumat paylaşıb.

Bildirib ki, İ.Qəmbər 180 manat pensiya alacaq.

Onun sözlərinə görə, İ.Qəmbər Avropa Şurası məkanında ən az pensiya təyin edilmiş yüksək vəzifəli şəxsdir.


İ.Qəmbərə təyin olunan pensiyanın məbləği sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olub.


Bununla bağlı bir sıra tanınmış şəxslər, ekspertlər paylaşım edib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən bildirildi ki, ictimaiyyətə məlumat veriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər