Ru
15:42 / 03 Oktyabr 2025

İşlədikləri şirkəti soydular - 180 min manat...

İşlədikləri şirkəti soydular - 180 min manat...
Eye

“Saloğlu Kommersiya” MMC-nin əməkdaşı olmuş üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Gülşən Xəlfəyeva, Nicat Həbibov və Məhəmməd Məmmədov şirkətin 179 min manatını mənimsəməkdə ittiham olunurlar.

İstintaq müəyyən edib ki, cinayət yolu ilə qazanılmış həmin pullar leqallaşdırılıb.

Gülşən Xəlfəyeva və Nicat Həbibov həbs edilib, M.Məmmədov isə polis nəzarətindədir.

İlkin istintaq müddətində zərərçəkmiş şirkətə dəymiş ziyandan 30 min manatı G.Xəlfəyeva və M.Məmmədov tərəfindən ödənilib.

Hazırda toplanmış sübutlar baxılması üçün məhkəməyə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar