Ru
21:37 / 28 İyun 2026

İsrail bu qərarla Azərbaycanı çətin vəziyyətə saldı

İsrail bu qərarla Azərbaycanı çətin vəziyyətə saldı
Eye

İsrail hökumətinin “erməni soyqırımı”nı tanıyaraq parlamentin təsdiqinə göndərməsinin Türkiyəyə zərəri olmayacaq. Bir sıra dövlətin parlamenti oxşar qərarlar veriblər, bu nəyi dəyişib ki?

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrail hökumətinin bugünkü qərarı ilə bağlı qeyd edib.

“İsrail hökuməti Türkiyə ilə münasibətlərin gərginliyi fonunda ədalətsiz qərar qəbul edib. İsrail bu qərarıyla ilk növbədə dialoqu genişləndirdiyi Ermənistanın baş naziri Nikol Paşinyana ayı xidməti göstərib. Ermənistanın baş naziri “erməni soyqırımı” mövzusunu erməni cəmiyyətinə unutdurmağa çalışarkən, İsrail Paşinyanı devirməyə çalışan radikal müxalifətin, erməni lobbisinin və kilsənin əlini gücləndirib.

İsrail hökuməti bu qərarıyla tərəfdaş adlandırdığı Azərbaycanı da çətin vəziyyətə salıb. Türkiyənin strateji müttəfiqi kimi Azərbaycan Təl-Əvivin “erməni soyqırımı” qərarını pisləmək məcburiyyətindədir. Əlbəttə, bu “tanınmanın” heç bir təsir gücü yoxdur və bir müddət sonra digərləri kimi unudulacaq, sadəcə indiki şəraitdə bu “qərar” bölgədə sülh və əməkdaşlıq istəyən düşmənlənin əlinə oynayacaq”, - o bildirib.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar