Ru
12:40 / 02 Sentyabr 2026

İsrail-Yunanıstan hərbi müqaviləsi: Hədəf Türkiyədir?

İsrail-Yunanıstan hərbi müqaviləsi:   Hədəf Türkiyədir?
Eye

İsrail Yunanıstanla 3 milyard avro dəyərində müdafiə müqaviləsi imzalayıb.

“Bakupost” xəbər verir ki, “The Jerusalem Post” qəzeti müqavilənin “Türkiyə və İrana qarşı” yönəldiyini yazıb.

İmzalanan müqavilə Yunanıstanda çoxqatlı hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Təl-Əviv Afinanı ballistik raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuş “David’s Sling” və “Barak MX” sistemləri, həmçinin “Spyder” mobil anti-dron sistemi ilə təchiz edəcək.

Bəs Təl-Əviv-Afina müqaviləsi Ankaraya qarşı yönələ bilərmi?

Siyasi şərhçi Azər Qasımov “Bakupost”a bildirib ki, regionda qarşılıqlı hədə və təhdid ritorikası artıq təhlükəli xarakter almağa başlayıb:


“Ölkələrin bir-biri ilə müdafiə müqaviləsi imzalaması görünən və ya görünməyən təhlükələrə qarşı özünüqoruma instinktindən irəli gəlir. Belə müqavilələrin hansısa ölkəyə qarşı yönəlib-yönəlmədiyi isə mövcud reallıqlarla ölçülür. Sözügedən dövlətlər arasındakı münasibətlərin hansı müstəvidə olduğu hər kəsə bəllidir. İsrailin İranla münasibətləri hələ də müharibə vəziyyətindədir. Təl-Əvivlə Ankara arasındakı gərginlik də azalmır, əksinə, münasibətlər getdikcə daha da kəskinləşir. Bu, xüsusilə Suriya məsələsində özünü göstərir. İsrailin İrana qarşı atdığı addımlar da göz qabağındadır”.

Müsahibimiz Təl-Əviv-Afina müqaviləsinin Türkiyə faktorunu nəzərə almaqla imzalandığını real hesab etsə də, bunun daha çox çəkindirici xarakter daşıdığını düşünür:

“Bu, o demək deyil ki, tərəflər Türkiyəyə qarşı hansısa hərbi əməliyyata hazırlaşırlar. Hesab edirəm ki, belə razılaşmalar mövcud geosiyasi reallıqları əks etdirir. Yeni dünya düzəninin formalaşdığı indiki mərhələdə bir çox ölkələr təhlükəsizliklərini gücləndirmək məqsədilə bu cür qarşılıqlı müdafiə sazişləri imzalayırlar”.

Rüfət Sultan
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar