Ru
17:20 / 08 Oktyabr 2025

İsraildə yeniyetmə Nyu-Yorka uçan təyyarədə təhlükə yaratdı

İsraildə yeniyetmə Nyu-Yorka uçan təyyarədə təhlükə yaratdı
Eye

İsrailin "Ben-Qurion" hava limanında ciddi təhlükəsizlik boşluğu aşkarlanıb.

Bakupost.az yerli mediaya istinadla xəbər verir ki, 13 yaşlı yeniyetmə bütün təhlükəsizlik yoxlamalarından keçərək təyyarəyə minib.

Yeniyetmə gecə saatlarında Ben-Qurion hava limanına gəlib və onun çoxsəviyyəli təhlükəsizlik sistemini necə aşdığı bilinmir.

O, "duty-free" zonasında olub və hətta “El-Al” aviaşirkətinə məxsus, Nyu-Yorka uçmalı olan təyyarəyə qalxa bilib.

Maraqlıdır ki, onun yanında nə pasport, nə də digər sənədlər olub.

Yeniyetmə təyyarənin heyəti tərəfindən aşkar edilərək təhlükəsizlik xidmətinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ayxan,BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar