Ru
22:20 / 02 Oktyabr 2025

Kadırovdan rusiyalı general ilə bağlı tələb: hərbi məhkəməyə verilsin!

Kadırovdan rusiyalı general ilə bağlı tələb: hərbi məhkəməyə verilsin!
Eye

Rusiyalı generalı və Dövlət Dumasının deputatı Vladimir Şamanov Çeçenistanda kazak kəndlərinin adlarının dəyişdirilməsinə qarşı çıxışından sonra hərbi məhkəməyə verilməlidir.

Bakupost.az xəbər verir ki, bunu "Qroznı" telekanalına müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov deyib .

"İndi Çeçenistan Respublikası Şelkovskaya və Naurskayanın adlarını dəyişdirməyə başlayanda, əclaf Şamanov səsini ucaltdı və o, törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxarılmalıdır", - Kadırov bildirib.

Sentyabrın 25-də Şamanov Çeçenistanda kazak kəndlərinin adının dəyişdirilməsi planlarına etiraz edib.

"Çeçenistan Respublikasının parlamenti öz tarixi adları olan kazak kəndlərinin adının dəyişdirilməsini təklif edir. Siz nəinki rusdilli əhalini qovmusunuz, indi onların yer adlarını da silirsiniz. Bu, bizim dövlətimizin tarixidir! Nə edirsiniz?" - general deyib.

Sentyabrın sonunda Dövlət Duması Çeçenistan Respublikasının üç şəhərinin adının dəyişdirilməsini təklif edən qanun layihələrini birinci oxunuşda qəbul edib . Sənədlərdən birində Sernovodskoye şəhərinin Sernovodsk adlandırılması təklif edilir. Naurskaya qəsəbəsi öz adını Nevre, Şelkovskaya şəhəri isə Terek adlandıra bilər .

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar