Ru
08:36 / 04 Noyabr 2025

Kamal Abdullayev vəfat etdi - FOTO

Kamal Abdullayev vəfat etdi - FOTO
Eye

Texnika elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Kamal Abdullayev vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.

K.Abdullayev 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kamal Mehman oğlu Abdullayev 1936-cı il dekabrın 19-da Qusar rayonunun Əcəxur kəndində ziyalı ailəsində anadan olub.

Atası Mehman Abdullazadə əks-inqilabçı adı ilə 1937-ci ildə güllələnib və 1956-cı ildə isə bəraət aıb.

Kamal Abdullayev Bakı Energetika Texnikumunu və Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.

Allah rəhmət eləsin!



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar