Ru
19:44 / 06 Aprel 2021

Karantini pozaraq işləyən kafe aşkarlandı FOTO

Karantini pozaraq işləyən kafe aşkarlandı  FOTO
Eye

Dəfələrlə edilən xəbərdarlıqlara, aparılan profilaktik tədbirlərə baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində karantin qaydalarına əməl edilməməsi hallarına rast gəlinməkdədir.


Bu barədə "BakuPost"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında,yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Obyektin icarədarı X.Səfərov və daha 4 müştəri polislər tərəfindən saxlanılıblar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, fəaliyyətinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarının tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdiriləcək.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar