Ru
19:37 / 27 May 2025

Kaya Kallas Prezidentin Fransa vətəndaşını əfv etməsini alqışlayıb

Kaya Kallas Prezidentin Fransa vətəndaşını əfv etməsini alqışlayıb
Eye

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.

"Bakupost" xəbər verir ki, bu barədə o, sosial media hesabındakı paylaşımında bildirib.

“Onun Azərbaycanda əfv olunması sakit diplomatiyanın və hörmətli münasibətin nəyə nail ola biləcəyini göstərir”, - Kallas qeyd edib.

Qeyd edək ki, Bakıda metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı Klerk Teqo Hüqo ötən gün əfv edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar