Ru
17:28 / 25 Mart 2020

Ukraynada keçmiş nazir tutuldu - Qətldə günahlandırılır

Ukraynada keçmiş nazir tutuldu -  Qətldə günahlandırılır
Eye

Ukraynanın keçmiş xarici işlər naziri Leonid Kojara saxlanılıb.

“RİA Novosti"nin xəbərinə görə, Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenko bildirib ki, L. Kojara evində planlaşdırılmış qətl törətməkdə şübhəli sayılır.


Hazırda sabiq xarici işlər naziri məhkəməyə aparılır.

Qeyd edək ki, “Atlantic Group” şirkətinin direktoru 56 yaşlı Sergey Staritskiy bir ay əvvəl L. Kojaranın evində ölüb.

Polis öncə intihar versiyasını nəzərdən keçirsə də, daha sonra bunun qətl olduğu üzə çıxıb. Qətldə sabiq nazir şübhəli bilinir.

L. Kojara 2012-2014-ü illərdə Ukraynanın xarici işlər naziri olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar