Ru
07:10 / 18 Fevral 2026

Kilsədə partlayış baş verdi - Yaralılar var

Kilsədə partlayış baş verdi - Yaralılar var
Eye

ABŞ-ın New York ştatının şimal hissəsində yerləşən kilsədə baş verən partlayış nəticəsində rahib və yanğınsöndürənlər də daxil olmaqla, beş nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, məlumatı Associated Press (AP) yayıb.

Agentliyin yazdığına görə, hadisə zamanı 43 yaşlı rahib Brendon Pitts və Bunvill yanğından mühafizə xidmətinin dörd əməkdaşı müxtəlif bədən xəsarətləri ilə yerli xəstəxanalara yerləşdirilib. Polis açıqlamasında bildirilib ki, yaralıların vəziyyəti kritik olsa da stabildir.

İlkin araşdırmalara əsasən, hüquq-mühafizə orqanları partlayışda kriminal xarakterli hərəkət əlamətləri aşkar etmədiklərini bəyan ediblər.

Hazırda hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar