"Kurtlar Vadisi"nin aktyoru Namık Kamal Yiğittürk vəfat edib.
Bakupost.az xəbər verir ki, aktyor 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Namık ilk ekran işinə 2002-ci ildə "Sırlar dünyası" serialında çəkilib. Bir çox film və serialda rol alan aktyor izləyicilərə "Kurtlar vadisi"ndə ifa etdiyi "Baba Memduh" obrazı ilə tanış idi. (Axşam.az)