Ru
19:31 / 20 Oktyabr 2025

Qəbələdə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Qəbələdə iki avtomobil toqquşdu - Xəsarət alanlar var
Eye

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

Bakupost.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyevin idarə etdiyi "VAZ-2106" və 1962-ci il təvəllüdlü Adil Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub.

Nəticədə "Opel"də olan sərnişinlər 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin ⁠Məmmədova xəsarət alıblar.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar