Ru
21:02 / 02 İyul 2026

Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı

Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Eye

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə "Telegram" hesabını ələ keçirərək dələduzluq edən şəxs saxlanılıb.

"Bakupost" xəbər verir ki, bu barədə dələduzluğa məruz qalan jurnalist Ləman Ələşrəfqızı məlumat verib.

"Az əvvəl DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən zəng edilərək bildirildir ki, kiberdələduz saxlanılıb. Pulum karta qaytarıldı. Cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq" - jurnalist bildirib.

Qeyd edək ki, ötən gün Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin "Telegram" hesabı dələduz(lar) tərəfindən ələ keçirilərək "əlaqələr" siyahısındakı şəxslərdən pul istənilib.

İ.Ağazadənin "Telegram" hesabı vasitəsilə aldadılan şəxslər arasında jurnalist Ləman Ələşrəfqızı da olub. Özünü İ.Ağazadə kimi təqdim edən şəxs xəstəxanaya düşdüyünü və pula ehtiyacı olduğunu deyərək jurnalistdən onlayn köçürmə yolu ilə 600 manata yaxın pul alıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar